Portuqaliyada matəm elan edildi

Portuqaliyada matəm elan edildi
20 Sen 2024 13:30

Portuqaliyada milli matəm günü elan edilib.

News365.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə, sentyabrın 14-dən bəri davam edən və 7 nəfərin ölümünə səbəb olan meşə yanğınları ilə əlaqədar Portuqaliyada milli matəm elan edilib.

Ölkə tarixinin ən böyük meşə yanğınlarından birini yaşayan Portuqaliyada indiyə qədər yanan ərazinin paytaxt Lissabonun 10 qatı böyüklüyünə bərabər olduğu bildirilib.

Xüsusilə ölkənin şimal bölgəsini əhatə edən və 120 min hektardan çox meşə sahəsini məhv edən yanğınlar həm müdaxilələr, həm də yağışların başlaması ilə nəzarət altına alınıb.

Qeyd edək ki, sentyabrın 17-də yanğınlarla əlaqədar fəlakət vəziyyəti elan edilib.


Youtube kanalımız

Oxşar xəbərlər