Polşa Rusiya ilə mümkün hərbi münaqişə təhlükəsi fonunda müdafiə imkanlarını gücləndirir. Bu barədə xarici KİV “War Infographics” portalının məlumatlarına istinadən yazıb.
Nəşr qeyd edib ki, Polşanın müdafiə büdcəsi iki il ərzində 2022-ci il səviyyəsi ilə müqayisədə üç dəfə artıb. O da vurğulanıb ki, Polşa silah alışını əhəmiyyətli dərəcədə artırıb. O cümlədən səkkiz mindən çox raket, iki minə yaxın artilleriya sistemi və mindən çox müxtəlif hərbi texnika alınıb.
“Bu, onu göstərir ki, Polşa real ssenarilərdən biri kimi artıq hərbi münaqişənin mümkünlüyünü nəzərdən keçirir”, - "War Infographics" araşdırmalarına əsasən yazıb.
Xatırladaq ki, aprelin sonunda Polşanın milli müdafiə nazirinin müavini Sezari Tomçik diqqət çəkən açıqlamalar vermişdi. O, Polşanın hər bir sakininin payızda müharibə və digər fövqəladə hallar zamanı davranış qaydalarına dair vərəqə alacağını bəyan etmişdi.
Tural