Planşet və velosiped oğurlayan şəxslər saxlanılıblar

Planşet və velosiped oğurlayan şəxslər saxlanılıblar
16:41

Paytaxtın Nərimanov rayonunda vətəndaşa məxsus 2 ədəd planşet oğurlanıb. Bununla bağlı zərərçəkən polis orqanına müraciət edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News365.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qeyd olunan əməli törətməkdə şübhəli bilinən 20 yaşlı N. Nağıyeva müəyyən olunaraq saxlanılıb.

Abşeron rayonunda isə velosiped oğurlamaqda şübhəli bilinən 35 yaşlı A. Abbasov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.


Sizin reklam burada
Sizin reklam burada