ABŞ İrandakı üç nüvə obyektinə endirilən zərbələrə cavab almalıdır.
News365.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian fransalı həmkarı Emmanuel Makronla telefon danışığı zamanı deyib.
Pezeşkian Makronun təmkinlilik çağırışını şərh edib:
"ABŞ İrana hücum edib. Bənzər vəziyyətdə olsaydınız, nə edərdiniz? Təbii ki, cavab almalıdırlar. Xalqımız heç vaxt güc və hədə-qorxuya boyun əyməyəcək və təbii ki, təcavüzə də buna uyğun cavab verəcək”.