Peskov: İran Rusiyadan hərbi yardım istəməyib

Peskov: İran Rusiyadan hərbi yardım istəməyib
13:49

"Rusiya və İran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında müqavilədə qarşılıqlı hərbi yardım haqqında müddəa yoxdur". 

News365.az "RBC"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Kremlin sözçüsü Rusiyanın İrana hərbi yardım edib-etməyəcəyi sualına cavab olaraq bildirib ki, Tehran Moskvadan bu cür yardım istəməyib.

" İran bizdən kömək istəməyib. Bundan əlavə, İranla əldə etdiyimiz razılaşma kontekstində belə vəziyyətlərdə hərbi qarşılıqlı yardım nəzərdə tutulmayıb. Lakin ümumilikdə Rusiyanın dəstəyi göz qabağındadır, Peskov qeyd edib. “Bizim danışıqların dinc kursuna keçməyin lazım olduğuna dair mövqeyimiz var".

Peskov qeyd edib ki, Moskva İran-İsrail münaqişəsinin həllində vasitəçilik xidmətləri göstərməyə hazırdır.



Sizin reklam burada
Sizin reklam burada