Pərvin Abıyeva: “Kənan MM “Təhminə” filmini çəkə bilməz”

Pərvin Abıyeva: “Kənan MM “Təhminə” filmini çəkə bilməz”
27 Mar 2024 00:59

“Öz pikimi yaşamamışam, onu gözləyirəm. Pikim “Təhminə” obrazıdır. Özümü “Təhminə” obrazında görürəm. Onu qınamıram”.

Bu sözləri aktrisa Pərvin Abıyeva verilişlərin birində deyib.

Sənətçi Anar Ağakişiyevin: “Sən o filmi yenidən ərsəyə gətir, rejissor da olsun Kənan MM”, - ifadələrinə diqqətçəkən cavab verib:

“Məncə, Kənan MM “Təhminə” filmini çəkə bilməz. O filmin çox böyük məsuliyyəti, ağırlığı var. Əvvəlcə Anardan icazə alınmalıdır. Bir neçə il bundan öncə “Təhminə və Zaur” serialı çəkildi. O obraza məni dəvət etdilər, getmədim. Çünki yaxşı alınmayacağını bilirdim.

O filmi çəkmək mənim işim deyil. O qədər möhtəşəm bir film və əsərdir ki, onu çox yaxşı, güclü, bacarıqlı komanda, rejissor, prodüser ərsəyə gətirməlidir və məni də dəvət etməlidir. Mən o filmi çəkməkdən qorxaram. O obrazı o qədər sevirəm ki, rejissor kimi ağırlığını daşımaq istəmirəm”, - deyə Abıyeva bildirib.


Sizin reklam burada
Sizin reklam burada