Pep Qvardiola baş məşqçi kimi tarixə düşdü

Pep Qvardiola baş məşqçi kimi tarixə düşdü
09 Yan 2026 23:40

"Mançester Siti"nin çalışdırıcısı Pep Qvardiola tarixdə transfer xərcləri iki milyard avronu keçən ilk baş məşqçi ünvanını qazanıb.

Newsz 365.az xəbər verir ki, bu barədə "Transfermarkt" portalı məlumat yayıb. .

Cinah hücumçusu Antuan Semenyonun 72 milyon avro qarşılığında "Bornmut"dan "Mançester Siti"yə keçidindən sonra Qvardiola tarixdə ümumi transfer xərcləri iki milyard avronu (2,58 milyard avro) keçən ilk məşqçi olub.

54 yaşlı mütəxəssis baş məşqçilik karyerası ərzində "Barselona"nın gənclər və əsas komandalarını, həmçinin "Bavariya" və "Mançester Siti"ni çalışdırıb.


Sizin reklam burada
Sizin reklam burada