Dünən ABŞ Müdafiə Nazirliyində baş müşavir vəzifəsini tutan Castin Fulçer işdən azad edilib.
Bu barədə “Daily Mail” nəşri yazıb.
Mənbə qeyd edir ki, o, Pentaqonda işə İlon Maskın dövlət vəsaitlərinə qənaətə cavabdeh olan DOGE adlı strukturu vasitəsilə başlamışdı və sonradan baş müşavir vəzifəsinə yüksəlmişdi.
Fulçerin sözlərinə görə, onun nazirlikdən gedişi tamamilə dostyana şəkildə baş verib.