Mask Marsa uçmaq istədiyini bildirib

Mask Marsa uçmaq istədiyini bildirib
20 Sen 2024 15:43

Məşhur amerikalı biznesmen İlon Mask maraqlı açıqlamalar verib. O "X" sosial şəbəkəsində yazıb ki, əgər fürsət yaranarsa, Marsa uçmaq istəyər. 

İş adamı səhifəsində "Qırmızı planet"ə uçmaq istəyib-istəmədiyi ilə bağlı suala cavab verərkən "Bəli" yazıb.

Bundan əvvəl Mask bildirmişdi ki, bəşəriyyətin davam etməsi üçün ulduzlararası səyahətin yolları tapılmalıdır. Onun sözlərinə görə, əgər bu gün və ya sabah bir kometa planetlə toqquşsa və ya Günəşin  genişlənməsi nəticəsində Yer məhvə doğru gedəcək.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər