"Pavel Durovun saxlanılması Fransanın söz azadlığına hücumu adlandırmaq olar"-
Politoloq Rüstəm Tağızadə bunu News365.az-a açıqlamasında deyib.
"Hal-hazırda teleqramın yaradıcısı Pavel Durov Fransada saxlanılması onu göstərir ki, böyük dövlətlər tərəfindən sosial şəbəkələr və platformalar üzərində nəzarət davam edir. Əgər bu proses Azərbaycanda baş versəydi , onda həmin dövlətlər, əsasəndə Fransa, Azərbaycana qarşı demokratiya adı altında mütəlif ittihamlar irəli sürərdilər. Qeyd etmək lazımdır ki, informasiya müharibəsi 21-ci əsrin ayrılmaz tərkib hissəsidir və dövlətlər bir-birinə qalib gəlməkdən ötrü müxtrəlif mexanizmlər vasitəsilə informasiya müharibəsini tədbiq edirlər və informasiya müharibəsində hansı dövlət daha çox canfəşanlıq göstərirsə müəyyən qədər qalibiyyətdə onunla bağlı olur"- deyə bildirib".
Vəfa Vəliyeva, News365.az