"Tramp-ın ticarət siyasəti Çin iqtisadi təsirini məhdudlaşdırmaq məqsədi daşıyır".
Politoloq Əli Mustafa News365.az-a açıqlamasında bildirib ki, Qərb, xüsusilə NATO və Avropa İttifaqı uzun müddətdir qlobal iqtisadi və siyasi sistemlərdə dominant rol oynayır. Onun sözlərinə görə, dünya ticarət yollarının böyük əksəriyyəti ABŞ-ın nəzarətindədir və bu, Çin kimi ölkələrin iqtisadi yüksəlişinə də təsir göstərir.
“Çin öz iqtisadiyyatını gücləndirərək dünya bazarlarına məhsullarını yayır, həmçinin istehsalın bir hissəsini xarici ölkələrdə həyata keçirir. Bu vasitə ilə həm texnologiyasını inkişaf etdirir, həm də sərmayəsini artırır,” – deyə Əli Mustafa vurğulayıb.
Politoloq əlavə edib ki, Donald Tramp-ın tətbiq etdiyi ticarət rüsumları və iqtisadi məhdudiyyətlər əsasən Çinin qlobal təsirini məhdudlaşdırmaq məqsədini daşıyıb:
“Tramp uzun müddət iqtisadi müharibə konseptini həyata keçirərək Çin mallarına rüsumlar tətbiq etdi. Bu rüsumlar ABŞ-a idxal olunan malların arxasında əsasən Çin sərmayəsinin durduğunu nəzərə alaraq tətbiq olunub,” – deyə o bildirib.