"Rammstein konfransı Ukrayna üçün həyati əhəmiyyət daşıyır"
Politoloq Məhəmməd Əsədullazadı News365.az-a açıqlamasında bildirib ki, Rammstein konfransı Ukraynanın təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Onun sözlərinə görə, konfrans çərçivəsində 50-dən artıq dövlət iştirak edərək Ukraynaya hərbi dəstək məsələlərini müzakirə edib.
“Əgər Rammstein konfransı effektiv şəkildə manipulyasiya edilməsəydi, bu gün Ukraynanın təhlükəsizliyi daha da möhkəm olardı. Konfrans çərçivəsində Ukraynaya uzaqmənzilli raketlər, güclü silahlar və digər öldürücü avadanlıqlar göndərilir ki, Ukrayna qoşunları Rusiya hərbi birləşmələrini sərhəd bölgələrində sıxışdıra bilsin,” – deyə politoloq vurğulayıb.
Əsədullazadə əlavə edib ki, hal-hazırda vəziyyət hələ də gərgin olaraq qalır və Avropa ölkələri Rusiyanın təhdidini nəzərə alaraq Ukraynaya dəstəyi davam etdirir.