Paşinyan tərəfdarlarını II Qaregini Eçmiəzdindən qovmağa çağırdı

Paşinyan tərəfdarlarını II Qaregini Eçmiəzdindən qovmağa çağırdı
20 İyl 2025 15:49

Ermənistanın baş naziri Nikol Paşinyan tərəfdarlarını Eçmiədzin Ana taxtındakı iqamətgahı bütün ermənilərin katolikosu II Qaregindən boşaltmağa hazır olmağa çağırıb.

Bu barədə o, Telegram kanalında yazıb.

O, II Qareginin subaylıq andını pozduğunu deyib, buna görə ermənilərin katalikosu postuna layiq olmadığını bildirib:

"Biz bunu birlikdə edəcəyik. Hazır olun".


Sizin reklam burada
Sizin reklam burada