Sosial şəbəkələrin erməni seqmentində baş nazir Nikol Paşinyanla bağlı maraqlı müzakirələr aparılır. Buna səbəb ictimai xadim və siyasətçi Edqar Kazaryanın Facebook-da diqqət çəkən paylaşım etməsi olub. O, Paşinyanın helikopterdə çəkilən fotolarında Azərbaycana aid bir detala diqqət çəkib: "Nikol Paşinyanın Sünikə uçan helikopterinin naviqasiyası "Əzizbəyov" yaşayış məntəqəsini də göstərib. Onu da xatırladım ki, sovet illərində indiki Vayk şəhəri Əzizbəyov adlanırdı".
Tural