Xəbər verdiyimiz kimi Ermənistanda siyasi vəziyyət xeyli gərginləşib. Siyasətçilər, deputat və din xadimlərinin, biznesmenlərin ev və ofislərində axtarışlar aparılır, onların bəziləri həbsə atılır. Artıq inqilab arzusunda olan keşiş Baqrat Srbazana 2 aylıq həbs cəzası kəsilib. Bu gün səhər isə 30-a yaxın naməlum maskalı şəxs Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri arxiyepiskop Mikael Acapaxyanın iqamətgahına daxil olub. Arxiyepiskop təsdiqləyib ki, onun iqamətgahına soxulma cəhdi həqiqətən olub, lakin həmin vaxt o, iqamətgahda olmayıb.
Daha əvvəl arxiyepiskop Acapaxyana qarşı hakimiyyəti ələ keçirməyə açıq çağırışla bağlı cinayət işi açılıb.
Belə bir gərginlik fonunda erməni politoloq Qagik Ambaryan diqqət çəkən açıqlama verib. O, sosial şəbəkə hesabında video yerləşdirərək yazıb ki, “Nikol arxiyepiskop Mikaeli bu görüntülərə görə bağışlamır: "Ermənistanın baş naziri postunda olan mumiyalanmış satqın Erməni Apostol Kilsəsinin Şirak Yeparxiyasının rəhbəri Mikaelə qarşı xüsusi nifrətlə doludur.
Bunun səbəbləri təkcə arxiyepiskopun hakimiyyətdəki satqınlar qrupunu və onun liderini indiki tənqidi deyil, həm də arxiyepiskop Mikaelin hərəkətləri, fəaliyyətidir. Çünki o, 2015-ci ildə faciəvi hadisədən (Rus əsgərin bir ailəni öldürməsi-red.)sonra deputat Martun Qriqoryanla birlikdə xalqla polis arasında toqquşmaların qarşısını almışdı. Güman edirəm ki, Avetisyan ailəsinə olan hücum, qətliam xüsusi təşkil olunmuşdu və onun əsas məqsədi anti-Rusiya isteriyası yaratmaq, 102-ci hərbi bazanı Ermənistandan çıxarmaq olub". Politoloq iddia edib ki, Paşinyan hələ 2015-ci ildən arxiyepiskopdan incik qalıb və ondan kin saxlayır.
Tural