Katalikos təhdid olunub -Levon "Nikol dayanmayacaq!" deyir

Katalikos təhdid olunub -Levon "Nikol dayanmayacaq!" deyir
11:30

Xəbər verdiyimiz kimi Ermənistanda siyasi vəziyyət xeyli gərginləşib. Siyasətçilər, deputat və din xadimlərinin, biznesmenlərin ev və ofislərində axtarışlar aparılır, onların bəziləri həbsə atılır. İki gün öncə isə belə bir gərginlik fonunda  bütün ermənilərin katolikosu II Qaregin gözlənilmədən Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanı ziyarət etdi. Onların birgə çəkilən fotosu yerli mediada gündəmə çevrilib. Görüşlə bağlı təfərrüatların açıqlanmaması isə medianı daha da bu məsələyə diqqət ayırmağa vadar edib. 

"Joğovurd" qəzeti yazır: "Bu günlərdə yayılan foto ictimaiyyətə səssiz, lakin aydın mesaj oldu. Görüş ölkədəki gərgin daxili siyasi vəziyyət və kilsənin bir institut kimi proseslərdə rolu barədə ciddi və ətraflı müzakirələr yaratdı".


Qəzet öz mənbəsinə istinad edərək yazıb ki, Ter-Petrosyan çıxışında narahatlığını ifadə edib katolikosu sakit, ayıq-sayıq olmağa və hər hansı təxribata boyun əyməməyə çağırıb, heç bir orqanın kilsənin azadlığına qarışmağa və öz iradəsini diktə etməyə haqqı olmadığını vurğulayıb6 "O xatırladıb ki, Ermənistan Respublikasının Konstitusiyasına görə, kilsə dövlətdən ayrı fəaliyyət göstərir. Mən Nikol Paşinyanı yaxşı tanıyıram. O, dayanmayacaq. qışqıracaq, bağıracaq, təhqir edəcək, təxribat törədəcək. Ancaq kilsə öz tarazlığı ilə buna qarşı durmalıdır", - deyə ölkənin birinci prezidenti bildirib.

Katolikos isə öz növbəsində müasir Ermənistan Respublikasının qurucusu və prezidentinə son vaxtlar müxtəlif istiqamətlərdən davamlı xəbərdarlıq və təhdidlər aldığını bildirib.

"Çalışıblar ki, o, indiki postunu tərk etməyə razı olsun. Əks halda Qaregini gözdən salacaqlarına, hətta həbs edəcəklərinə söz veriblər. Lakin baş keşiş indi də müqavimət göstərməkdə davam edir. Bu görüşün hadisələrin gələcək inkişafına nə dərəcədə təsir edəcəyini zaman göstərəcək. Bununla belə, aydın görünür ki, kilsə və dövlət yenidən mürəkkəb münasibətlərin kəsişməsindədir"-mənbə deyib.

Tural


Sizin reklam burada
Sizin reklam burada