Milli Məclisdə Cahangir Zeynalovun ölkəyə qayıtması məsələsi qaldırılıb.
News365.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Səyyad Salahlı deyib.
Onun sözlərinə görə, sənət məbədimizdə bu gün dava-dalaş gedir.
"Sənət mühiti görün nə vəziyyətdədir? Ona görə də Cahangir Zeynalovla maraqlanmaq, onu dəvət etmək lazımdır. İstedad 100 ildə 1 dəfə yetişir. Əlaqədar təşkilatlar Cahangir Zeynalovla danışıb, onu vətənə dəvət etsinlər”.