Parlament ötən sessiyada işini uğurla yerinə yetirib - Spiker

Parlament ötən sessiyada işini uğurla yerinə yetirib - Spiker
03 Fev 2025 11:16

"VII çağırış Milli Məclis ötən sessiyada işini uğurla yerinə yetirib".

News365.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Sahibə Qafarova deyib.

Onun sözlərinə görə, prezidentin daxili və xarici siyasətini qanunvericilik səviyyəsində dəstəkləmək üçün işlər görülüb.

Qeyd edib ki, Milli Məclisin beynəlxalq fəaliyyyəti davam etdirilib və deputatlar müxtəlif beynəlxalq tədbirlərdə iştirak edib.


Sizin reklam burada
Sizin reklam burada