Pakistanın Tesla maşını marağa səbəb oldu

Pakistanın Tesla maşını marağa səbəb oldu
27 Yan 2025 11:36

Pakistanda yerli mühəndislərdən biri maraqlı addım atıb.O, Tesla Cybertruck-un oxşarını hazırlayıb. Bu barədə carscoops.com məlumat yayıb.

Qeyd olunub ki, avtomobil naməlum pikap əsasında hazırlanıb. Avtomobil 3 milyon Pakistan rupisinə başa gəlib. ABŞ-də orijinal Tesla Cybertruck-un qiymətləri isə 70 000 dollardan başlayır.

Tesla Cybertruck-un Pakistan versiyası orijinalı ilə müqayisədə nisbətən kiçikdir. O, daha qısa, xeyli alçaq və salon daha dardır. Avtomobildə hansı mühərrikin quraşdırıldığı barədə məlumat yoxdur.

Tural


Sizin reklam burada
Sizin reklam burada