Baxımlı xanımla baxımsız xanım arasında böyük fərq var. Əslində, istənilən yaşda bir insan özünə yaxşı baxa bilər. Bu, sadəcə özünü necə təqdim etməyindən asılıdır.
News365.az xəbər verir ki, bu sözləri müğənni Könül Kərimova deyib.
"Bəzən elə olub ki, yaxşı görünən insanları görəndə təəccüblənmişəm və soruşmuşam: 'Özünüzü niyə bu günə qoymusunuz?' Axı hər kəs öz xarici görünüşünə diqqət yetirməlidir, xüsusilə də efir adamları. Hər yaşın öz geyimi var və buna uyğun olmaq lazımdır."
Baxımlı olmaq təkcə geyim və makiyajla deyil, insanın içindən gələn enerji və özünə hörmətlə bağlıdır. Özünə dəyər verən insan hər yaşda cazibədar və baxımlı ola bilər.