Özbəkistanda magistral qaz kəmərində YANĞIN

Özbəkistanda magistral qaz kəmərində YANĞIN
10 Fev 2025 14:02

Özbəkistanın Buxara vilayətində "Buxara-Ural" magistral qaz kəmərində yanğın baş verib. 

News365.az Özbəkistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

Qeyd olunub ki, qəzanın aradan qaldırılması üçün tədbirlər görülür, ölən və xəsarət alan yoxdur.  "Buxara vilayəti ərazisindən keçən 1020 mm diametrli magistral kəmərdə qaz sızması və yanğın baş verib", - məlumatda bildirilib.  Mətbuat xidmətinin məlumatına görə, qəza kəmərin 106-cı kilometrliyində yeraltı hissədə baş verib.  "Vəziyyət nizamlanana qədər əhalinin və sosial obyektlərin təbii qazla fasiləsiz təchizatını təmin etmək məqsədilə respublikanın rayonlarında yanacaqdoldurma stansiyalarının işinə müvəqqəti məhdudiyyət qoyulacaq", - məlumatda qeyd olunub.  "Buxara-Ural" qaz kəməri Qazaxıstandan keçməklə Özbəkistandan Rusiyaya qədər uzanır, uzunluğu 4500 km-dən çoxdur. 1966-cı ildə istismara verilən kəmər Özbəkistanda istehlakçıları təbii qazla təmin etmək üçün istifadə olunur.


Sizin reklam burada
Sizin reklam burada