Xanlar İmaməliyev bu səbəbə görə işdən çıxarılıb - VİDEO

Xanlar İmaməliyev bu səbəbə görə işdən çıxarılıb - VİDEO
19 Sen 2024 14:39

Paytaxtın Səbail rayonu Badamdar qəsəbəsində fəaliyyət göstərən 236 saylı məktəbin direktoru yeni dərs ilinin başladığı ilk gündə işindən azad edilib. Məktəbin şagirdləri, valideyn və məktəb kontingenti onun yenidən direktor vəzifəsinə qayıtmasını tələb edirlər.

BŞTİ-dən verilən məlumata görə, 236 nömrəli tam orta məktəbin direktoru Xanlar İmaməliyevin fəaliyyəti qiymətləndirilib, tədris ilinin nəticələri təhlil edilib və çalışmanın yaş həddinə çatdığı üçün əmək müqaviləsinə xitam verilib. Hazırda məktəbdə idarəetmənin və tədrisin keyfiyyətli təşkili məqsədilə direktor vəzifəsinin müvəqqəti icrası məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavininə həvalə edilib.

News365.az bu barədə Space TV-nin sujetini təqdim edir:


Youtube kanalımız

Oxşar xəbərlər