Auşvitzin bərpasına çalışan məktəbli mühakimə olunacaq - "Bild"

Auşvitzin bərpasına çalışan məktəbli mühakimə olunacaq - "Bild"
19 Sen 2024 16:25

Frankfurt Mayn məhkəməsi Almaniyada miqrantları və yəhudiləri ölkədən çıxarmaq üçün dövlət çevrilişi etməyi planlaşdıran 19 yaşlı yerli sakinə qarşı işi davam etdirir. Bu barədə “Bild” məlumat yayıb.

Qeyd edilib ki, gənc 2021-ci ilin noyabrından dövlət çevrilişi planlaşdırıb. O, ailəsinin aldığı 3D printerdən istifadə edərək pulemyot hazırlamaq üçün 40 hissə çap edib. Hətta məktəbdə sinif yoldaşlarına nasist salamı verir və ictimai yazışmalarda Hitlerə dəstək verdiyini dəfələrlə bəyan edirmiş.

Nəşr təqsirləndirilən şəxsin yaşıdları ilə söhbətində dediyi sözlərdən sitat gətirib: “Bütün parazitlərin yeri Auşvitzdir". Nəşrin məlumatına görə, gənc səkkiz aydır ki, həbsdədir. Maraqlıdır ki, o, həbsdə ola-ola məktəbi əla qiymətlərlə bitirib. Gənc oğlan ekstremist ideyalardan əl çəkməyə yönəlmiş maarifləndirici proqramda iştirak edir. Müttəhimin hökmü bu ilin sonuna qədər elan edilməlidir.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər