Orbandan ŞOK ETİRAF: “Ukrayna dağılsa...”

Orbandan ŞOK ETİRAF: “Ukrayna dağılsa...”
16:16

Macarıstanın baş naziri Viktor Orban ölkəsinin Ukraynaya dəstək verdiyini və bu ölkənin dağılmasında maraqlı olmadığını bildirib. Onun sözlərinə görə, Ukraynanın mümkün süqutu Budapeşt üçün fəlakətə çevrilə bilər.

O, bunu "X" sosial media platformasında yazıb.

“Kənd yerlərində yaşayan insanlar bunu çox yaxşı anlayırlar. Torpağınızın dəyəri təkcə öz əmlakınızın keyfiyyətindən deyil, həm də qonşunuzun kim olmasından, hansı vəziyyətdə yaşamasından və orada kimin məskunlaşmasından asılıdır”, - deyə Macarıstanın baş naziri qeyd edib.

O bildirib ki, hazırda Macarıstan Ukraynanın elektrik enerjisi tələbatının 44 faizini, qaz təminatının isə 58 faizini qarşılayır. Orbanın fikrincə, bu təchizatlar olmasaydı, Ukrayna artıq çökmə təhlükəsi ilə üz-üzə qala bilərdi.

Eyni zamanda, Macarıstan hökumət başçısı Budapeştin Kiyevə yardım göstərdiyini də vurğulayıb. Onun sözlərinə görə, göstərilən yardımın müəyyən hissəsi mənimsənilir. Orban Ukraynanın qorunub saxlanılmasının Macarıstanın milli maraqlarına uyğun olduğunu bildirib.

“Müharibə Ukraynanı hər gün daha da zəiflədir. Onu gücləndirə biləcək yeganə yol sülhdür. Ukraynanın həqiqətən tərəfində olan hər kəs sülh üçün çalışmalı və bunu elə indi etməlidir”, - deyə Viktor Orban vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada