Macarıstan Baş naziri Viktor Orbanın noyabrın 28-də Moskvaya səfəri və Rusiya Prezidenti Vladimir Putinlə Ukraynadakı münaqişənin həlli yollarını müzakirə edəcəyi barədə yayılan məlumatlar rəsmi təsdiqini tapmayıb.
News365.az xəbər verir ki, Baş nazirin aparat rəhbəri Gergely Gulyas jurnalistlərin bu mövzu ilə bağlı suallarını cavablandırarkən bildirib ki, “Mən heç nəyi təsdiq etmirəm və heç nəyi təkzib etmirəm”.
Gulyas həmçinin Orbanın Moskvada hansı məsələləri müzakirə edəcəyinə dair şərh verməkdən imtina edib. O, Macarıstanın ABŞ tərəfindən təqdim olunan Ukrayna münaqişəsinin həlli planını tam dəstəklədiyini və digər ölkələri də bu planı dəstəkləməyə çağırdığını vurğulayıb.
News365.az