Onların pensiya yaşı həddi 75-ə qaldırılır

Onların pensiya yaşı həddi 75-ə qaldırılır
28 Fev 2025 13:40

Konstitusiya Məhkəməsinin hakimlərinin pensiya yaşı həddi 75-ə qaldırılır. 

News365.az xəbər verir ki, bununla bağlı "Konstitusiya Məhkəməsi haqqında" qanuna dəyişiklik məsələdə parlamentin bu gün keçirilən iclasında müzakirə olunub. 

Qanuna nəzərdə tutulan dəyişikliyə əsasən 75 yaşında pensiyaya çıxan hakim onun yerinə yenisi təyin olunanadək öz vəzifəsində çalışacaq. Amma yeni hakimin təyin olunması 6 aydan artıq müddətdə ola bilməz. 

Məsələ müzakirəyə qoyularaq qanun birinci oxunuşda qəbul olunub. 


Sizin reklam burada
Sizin reklam burada