“Neftçi”nin Polşadakı təlim-məşq toplanışı çərçivəsində bu gün “Asteras” (Yunanıstan) ilə keçirməli olduğu yoxlama oyunu ləğv olunub.
Keltse şəhərindəki Pilkarski stadionunda baş tutması planlaşdırılan qarşılaşma güclü leysan səbəbindən təxirə salınıb.
Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 19:00-da start götürməli idi.