Ödəmə terminallarını oğurlayan şəxs saxlanılıb

Ödəmə terminallarını oğurlayan şəxs saxlanılıb
13:46

Binəqədi rayonun ərazisində mağazalarda quraşdırılan və içərisində 5400 manat maddi vəsait olan 2 ödəmə terminalının oğurlanması barədə polisə məlumatlar daxil olub.

Bu barədə News365.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 29 yaşlı V.Hüseynov müəyyən olunaraq saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.


    Sizin reklam burada
    Sizin reklam burada