Nigar Mirzəliyeva Rusiya Superkubokunun qalibi oldu

Nigar Mirzəliyeva Rusiya Superkubokunun qalibi oldu
08 İyn 2025 21:15

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Nigar Mirzəliyeva "Zenit" klubunun heyətində Rusiya Superkubokunun qalibi olub.


News365.az xəbər verir ki, Sankt-Peterburq təmsilçisi Yekaterinburq şəhərində gerçəkləşən həlledici oyunda "Lokomotiv"i (Moskva) 3:0 hesabı ilə məğlub edib.


N.Mirzəliyeva görüşü əvəz olunmadan keçirib.


Qeyd edək ki, “Zenit” tarixində ikinci dəfə Rusiya Superkubokunu qazanıb.


Sizin reklam burada
Sizin reklam burada