Nəqliyyatda yeni qaydalar: Köhnə avtobuslara son çağırış

Nəqliyyatda yeni qaydalar: Köhnə avtobuslara son çağırış
12:01


Yanvarın 1-dən başlayaraq ölkədə köhnə avtobusların müntəzəm marşrutlarda işləməsi dayandırılacaq. Bu qərar ictimai nəqliyyatda keyfiyyət və təhlükəsizlik standartlarını yüksəltməyi hədəfləyir. 

Nəqliyyat eksperti Eldəniz Cəfərov News365.az-a açıqlamasında bildirib ki, Azərbaycanda dövlətin subsidiyalaşdırma sistemi əsasən daşınma şirkətləri ilə bağlıdır. Sistem "Brutto" müqaviləsi prinsipi əsasında fəaliyyət göstərir.

Ekspertin sözlərinə görə, özəl daşıyıcı şirkətlər dövlət tərəfindən maliyyələşdirilən marşrutlarda fəaliyyət göstərmək istəyirlərsə, müasir tələblərə cavab verən avtobuslarla təmin olunmalıdırlar.

“Qərar odur ki, marşrut üzrə tələb olunan standartlara cavab verməyən avtobuslar subsidiyadan faydalanmayacaq”, — deyə Eldəniz Cəfərov vurğulayıb.

Brutto müqaviləsi sistemi o deməkdir ki, dövlət konkret marşrut üzrə şirkətin fəaliyyətini maliyyələşdirir. Bunun müqabilində daşıyıcı şirkət vətəndaşlar üçün təhlükəsiz, keyfiyyətli və vaxtında daşımaları təmin etməlidir.

Ekspert bildirib ki, bu qərar əslində dövlətin nəqliyyat sektorunda fəaliyyət göstərən şirkətlər üçün məsuliyyət və keyfiyyət standartlarını təmin edən yeni sistem yaratmasıdır.


Sizin reklam burada
Sizin reklam burada