"Nəhayət, 44 ildən sonra anamdan çay dəmləyin sirrini tam oğurlaya bildim"- İradə İsaq

"Nəhayət, 44 ildən sonra anamdan çay dəmləyin sirrini tam oğurlaya bildim"- İradə İsaq
27 Fev 2025 15:40
"Anamın yaxşı yemək, çay işinin sirri də elə bunda imiş. Hər şeyi, duzu, istiotu, sarıkökü, çayı tam qədərində əlavə etmək vəəəə ən vacibi düz vaxtında ocağın üstündən götürmək instinkti."

Jurnalist İradə İsaq bunu feysbuk səhifəsində paylaşıb.

"Qadın bu məsələdə peşəkardır. Bu günə kimi hər şeyi düz vaxtında üstündən götürüb. Həmişə mümkündürmü? Bir dəfə gec götürdüyünü, ötürdüyünü görmədim. Yandırmaqdan söhbət gedə bilməz. Mürəbbəsindən, aşından, yarpaq dolmasından tutmuş çayına qədər.
Çay dəmləndisə, həmən stəkana tökməyə də qoymaz. O iki-üç dəqiqə kənarda qalmalıdır.
Nə dəsmala bağlamaz, içinə heç nə əlavə etməz, kəklikotunu, mixəyi, hili güclə atdırarıq. Deyir, çayımın dadını dəyişməyin.
Pəh... Çay deyirəm ey sizə. Sabahınız xeyir!
P. S Dodaq yeri qoymuruq biz, sevmirik. Nuş olsun!"

Sizin reklam burada
Sizin reklam burada