İran-ABŞ- İsrail münaqişəsi bu tarixdə bitəcək- MÜHÜM AÇIQLAMA

İran-ABŞ- İsrail münaqişəsi bu tarixdə bitəcək- MÜHÜM AÇIQLAMA
09:50

İran-ABŞ-İsrail münaqişəsi artıq 13 gündür ki, davam edir. Və hər kəsi bu münaqişənin nə zaman başa çatacağı maraqlandırır, narahat edir. Çünki bu münaqişə qlobal iqtisadiyyatda bütün daşları yerindən oynatdı.

Mövzu ilə bağlı News365.az -a danışan REAL Partiyasının sədri Natiq Cəfərli deyib ki, İran ətrafında münaqişə martın sonuna qədər bitməlidir - martın sonu, aprelin əvvəli Tramp Çinə gedir, özünü qalib elan edib, gedəcək:

“Qalib elan etmək çətin deyil, amma əsas hədəf Hürmüz boğazına nəzarət etməkdir. Çox güman, anlaşma məhz boğazla bağlı olacaq, adı bəlkə də, "Yaxın Şərqdə sülh naminə Tramp adına tanker yolu", olacaq.

ABŞ dünyaya total nəzarət etməkdən vaz keçib, əsas hədəf Amerika yarımkürəsinə tam, dünyanın əsas logistik yollarına isə "bloklayıcı səs" prinsipi ilə nəzarət etmək stratigiyasıdır.

Taktikası zəif ola bilər, amma strateji hədəfləri çox praqmatıkdir

ABŞ-ın istəkləri ürək bulandıran, addımları qanunsuz, digər ölkələr və xalqlar üçün qəbuledilməz ola bilər, amma sırf öz maraqlara uyğundur. Dünyanın enerji və logistika xəriitəsinə hakim olmaq, elə dünyaya hakim olmaq deməkdir, 80 ildir bu ABŞ-a maddi olaraq çox baha gəlirdi, indi daha ucuz, amma hüquqi (əslində hüquqsuz) olaraq köntöy yolunu tapıb, bəli, yolunu, "yol" sözünün həm də hərfi mənasında...”

News365.az


Sizin reklam burada
Sizin reklam burada