Naxçıvanda qaz xəttinə çırpılan maşın aşdı

Naxçıvanda qaz xəttinə çırpılan maşın aşdı
27 Dek 2025 16:15

Naxçıvanda minik avtomobilinin qaz xəttinə çırpılması nəticəsində qaz xətti yararsız hala düşüb.

News365.az xəbər verir ki, hadisə Şahbuz rayon Biçənək kəndində qeydə alınıb. Avtoqəza nəticəsində qaz xətti qırılıb. Təhlükəsizlik səbəbilə Gömür, Ağbulaq və Biçənək kəndlərində 450 abonentin qaz təchizatı dayandırılıb.

Bərpa işləri yekunlaşan kimi sözügedən ərazidə təbii qazın verilişi təmin ediləcək.


Sizin reklam burada
Sizin reklam burada