Naxçıvanda dekabr ayının pensiyaları ÖDƏNİLDİ

Naxçıvanda dekabr ayının pensiyaları ÖDƏNİLDİ
10 Dek 2023 08:01

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən dekabr ayının pensiya ödənişi başa çatdırılıb.

Nazirlikdən verilən məlumata görə, təqaüdçülər pullarını plastik kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Bildirilib ki, məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin ödənilməsi üçün müvafiq işlər isə hazırda davam etdirilir.

 


Sizin reklam burada
Sizin reklam burada