Naxçıvanda daha bir federasiyanın fəaliyyəti dayandırılıb.
News365.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyası fəaliyyətini dayandırıb.
Federasiya bu addımı öz ərizəsi əsasında edib və ləğv olunub.
Qurum 2002-ci ildə yaradılmışdı, 2020-ci il avqustun 20-də federasiyada kadr dəyişikliyi olmuş, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev federasiyanın sədri seçilmişdir.
Qeyd edək ki, Naxçıvanda əvvəl daha bir neçə federasiya fəaliyyətini dayandırmışdı.