NATO Rusiyanın "qara dəliyindən" qorxuya düşüb

NATO Rusiyanın "qara dəliyindən" qorxuya düşüb
12 Apr 2025 10:55

Rusiyanın “Paltus” sinifli sualtı qayığı onilliklər ərzində NATO dövlətlərini qorxu içində saxlayır. Bu barədə 19fortyfive nəşri məlumat yayıb.


"Paltus" sualtı qayıqları gəmi və sualtı qayıqlara qarşı platforma kimi nəzərdə tutulan rolundan əlavə, kəşfiyyat məlumatları da toplayır. Onlar bunu "qara dəlik" ləqəbini qazandıran aşağı akustik siqnaurası sayəsində edə bilirlər".

Nəşr yazıb ki, Rusiya sualtı qayıqları yüksək dəqiqlikli “Kalibr” qanadlı raketi ilə silahlanıb, buna görə də "Paltus" sinifli sualtı qayıqları Şimali Atlantika Alyansı ölkələri üçün təhlükə yaradır.

Keçən il tanınmış köşə yazarı Maya Karlin Amerikanın “National Interest” (NI) jurnalı üçün yazdığı məqalədə qeyd etmişdi ki, Böyük Britaniya sahillərində İrlandiya dənizində qanadlı raketlərlə silahlana bilən Rusiya sualtı qayıqları müşahidə edilir.



Tural


Sizin reklam burada
Sizin reklam burada