NATO ölkələri 3 ildə Kiyevə nə qədər yardım ayırıb?

NATO ölkələri 3 ildə Kiyevə nə qədər yardım ayırıb?
25 Yan 2025 10:29

NATO ölkələri 2022-ci ilin fevralından Ukraynaya 191,2 milyard dollar yardım edib ki, bunun da yarıdan çoxu ABŞ tərəfindən verilib. Bu barədə Rusiya mediası Ukrayna Maliyyə Nazirliyi, Kiel Universiteti və açıq məlumatlara istinadən yazıb.

Məbləğin 43,3 milyard dolları Ukraynanın büdcəsinin sosial xərclərinin maliyyələşdirilməsinə, təxminən 13,4 milyard dollar humanitar yardıma, 133,4 milyard dolları isə silahlara yönəldilib.

ABŞ, agentliyinin hesablamalarına görə, onlar 103,8 milyard dollar yardım ayırıblar. Bunun əsas hissəsi (68,9 milyard dollar) silah tədarükündən gəlir.

Almaniya isə bu ölkəyə 17 milyard dollar ayırıb ki, bu da NATO-nun 32 ölkəsinin verdiyi bütün yardımın 8,9%-ni təşkil edir. Böyük Britaniya 14,8 milyard dollar töhfə verib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.



Tural


Sizin reklam burada
Sizin reklam burada