NATO Baltik dənizində əzələ nümayişinə başladı

NATO Baltik dənizində əzələ nümayişinə başladı
02 İyn 2025 12:40

Baltik dənizində NATO-nun "Baltops-2025" təlimləri başlayıb. Bu barədə Polşa Müdafiə Nazirliyi yanında Hərbi Nəşriyyat İnstitutu (Wojskowy Instytut Wydawniczy, WIW) məlumat yayıb.


Qeyd olunub ki, bu il manevrlərdə 50-yə yaxın müxtəlif tipli gəmi iştirak edəcək. Cənubi Avropada yerləşən ABŞ-nin 6-cı Donanması təlimlərə "USS Mount Whitney" komanda gəmisini göndərib. Almaniya əraziyə FGS Bayern freqatını, Böyük Britaniya isə P2000 patrul gəmilərindən ibarət böyük bir qrupunu yerləşdirəcək.

ORP General T. Kosciuszko raket freqatı və korvet ORP Kaszub, iki minaaxtaran gəmisi ORP Mamry ilə Polşanın ORP Naklosu da artıq Almaniyanın şimal-şərqindəki Rostok şəhərinə gəlib.


İnstitutun yaydığı məlumata görə, təlim iştirakçıları iki həftə ərzində Baltik dənizinin cənubundakı geniş ərazilərdə - Danimarka boğazları və Yutland yarımadasından Qdansk körfəzinə qədər çalışacaqlar. Hərbi Dəniz Qüvvələrinin poliqonlarında bir sıra gəmilərin ekipajları artilleriya atəşi həyata keçirəcək.

Tural


Sizin reklam burada
Sizin reklam burada