"Natanzdakı nüvə obyektinə əhəmiyyətli zərər vurmuşuq"- İsrail hökuməti

"Natanzdakı nüvə obyektinə əhəmiyyətli  zərər vurmuşuq"- İsrail hökuməti
13 İyn 2025 12:37

İsrail hökuməti gecə saatlarında endirilən zərbələr zamanı İranın Natanz şəhərindəki uran zənginləşdirmə obyektinə əhəmiyyətli zərər vura bildiyini hesab edir.

News365.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

"Müdafiə məsələlərinə nəzarət edən İsrail rəsmiləri hesab edirlər ki, hava zərbələri zamanı Natanzdakı obyektə əhəmiyyətli zərər vurulub", - nəşr yazıb.

Daha əvvəl Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdən (AEBA) bildirmişdilər ki, Natanza zərbələrdən sonra radiasiya səviyyəsinin yol verilən həddən artıq olması barədə məlumat daxil olmayıb.


Sizin reklam burada
Sizin reklam burada