Narkotik vasitələrin dövriyyəsi ilə bağlı 3 nəfər saxlanılıb

Narkotik vasitələrin dövriyyəsi ilə bağlı 3 nəfər saxlanılıb
31 May 2025 13:43

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir. 

DİN-in Mətbuat xidmətindən News365.az-a verilən xəbərə görə, Abşeron və Sabunçu rayonlarında həyata keçirilən tədbirlər zamanı 29 yaşlı bir qadın, əvvəllər məhkum olmuş, 57 yaşlı Ş. Şirinov və 21 yaşlı A. Bədirli saxlanılıblar. 

Onlardan ümumi çəkisi 9 kiloqrama yaxın heroin, marixuana və psixotrop maddə metamfetamin aşkarlanıb. 

Faktlarla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada