Azərbaycanda bu il 15 nəfər vəkillikdən xaric edilib.
News365.az xəbər verir ki, bu barədə məlumatı Vəkillər Kollegiyasının sədri Anar Bağırov 28 dekabr - Vəkil Günü münasibəti ilə keçirilən tədbirdə çıxışı zamanı açıqlayıb.
O bildirib ki, 2024-cü ildə 200 dən çox vəkilin intizam işinə baxılıb:
"76 vəkil intizam tənbehi alıb, 15 nəfər Vəkillikdən xaric olunub, 41 nəfərə xəbərdarlıq edilib. Biz bu məsələyə çox humanist yanaşırıq. Hansısa vəkil barəsində intizam tədbiri görəndə çox narahat oluruq. Biz özümüz öz əməllərimizə qiymət verməliyik. Vəkillər öz səhvlərini başa düşməlidirlər. Ümid edirəm ki, bu iş getdikcə daha da yaxşılacaq. Bir il ərzində 916 nəfər vəkilliyə sənəd verib, 364 uğur qazanıb. Bizim imtahanlar çox çətindir".