Azərbaycan təyyarəsi vurulub - Rusiyalı mütəxəssislərdən ETİRAF

Azərbaycan təyyarəsi vurulub - Rusiyalı mütəxəssislərdən ETİRAF
28 Dek 2024 11:00

Azərbaycan təyyarəsinin Rusiya səmasında vurulması ilə bağlı faktlar artıq hər kəs tərəfindən qəbul olunur. Şahidlərin ifadələri, video faktlar və təyyarənin quyruq hissəsindəki izlər də bunu sübut edir. 

News365.az xəbər verir ki, rusiyalı ekspertlər də bu faktı təsdiqiləyirlər. Rusiyanın bir qrup hərbi eksperti və analitiki də izlərin HHM-nə məxsus raketlərə aid olduğunu ehtimal edir. 

Təyyarənin radielektron maneələrin qurbanı olduğu bildirilir. Təhlillər göstərir ki, təyyarəyə zərbə Qroznı hava limanından 18 km uzaqlıqlada 2,4 km yüksəklikdə dəyib. Həmin ərazidə bir neçə hərbi hissəsnin yerləşir.  Sübutlar deməyə əsas verir ki, təyyarənin vurulması, rabitə sisteminin sıradan çıxarılması real faktlardır.   

Qeyd edək ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.  Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. 

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.  Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.  26 dekabr tarixində Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədi gətirilib. 

Təyyarənin "qara qutu"su artıq aşkar edilib və onun beynəlxalq aviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlar aparılır. Hazırda qəzanın səbəbləri araşdırılır. Bütün zəruri tədqiqatlar və məlumatların təhlili başa çatdıqdan sonra yekun nəticələr açıqlanacaq.


Youtube kanalımız