“Nar Mobile” abunəçiləri internet paketlərinin tez bitməsindən, keyfiyyətin aşağı olmasından şikayətçidirlər.
Sosial şəbəkələrdə yayılan şikayətlərdə “Nar”ın internet paketi bitərkən abunəçilərə bildiriş SMS-i göndərilmədiyi, xidməthaqqının avtomatik balansdan çıxıldığı iddia olunur.
Müştərilər geqabaytların da tez bitməsindən narazılıq edirlər. Onların sözlərinə görə, 10 günlük “Nar” internet paketi “Facebook”, “İnstagram”dan istifadə zamanı 1 saatdan sonra bitir. Doqquz manatlıq “CavanNar” internet paketi istifadəçiləri də narazılıqlarını bildiriblər. Onların sözlərinə görə, 10 geqabayt ilə müsiqilər belə açılmır, paket 10 günə tükənir. Üstəlik, “CavanNar”ı yenilemek üçün göndərilən link də açılmır. Paket olmadan internet istifadə ediləndə isə balansdan 10-15 qat artıq xidməthaqqının çıxıldığı da iddia olunur.