Müttəfiqlər Ukraynanın silah ehtiyaclarını tam qarşılayacaq – Rütte

Müttəfiqlər Ukraynanın silah ehtiyaclarını tam qarşılayacaq – Rütte
11:54

NATO-nun baş katibi Mark Rutte müttəfiqlərin Ukraynanın silah və hərbi texnika ilə bağlı bütün ehtiyaclarını təmin edəcəyini bildirib.

News365.az xəbər verir ki, onun sözlərinə görə, NATO çərçivəsində həyata keçirilən PURL proqramı üçün nəzərdə tutulan 15,5 milyard ABŞ dolları vəsait mütləq şəkildə ayrılacaq.

Rütte eyni zamanda maliyyələşmənin üzv ölkələr arasında bərabər paylanmamasının müəyyən problemlər yaratdığını da etiraf edib. O qeyd edib ki, hazırda NATO üzvlərinin yalnız üçdə ikisi PURL proqramında iştirak edir:

“Hazırda müttəfiqlərin üçdə ikisi PURL proqramına qoşulub. Maliyyə yükünün bölüşdürülməsi ilə bağlı problem mövcuddur, lakin bu məsələ həll olunacaq”, – deyə NATO baş katibi vurğulayıb.

Rütte bildirib ki, alyans daxilində həm siyasi, həm də maliyyə öhdəliklərinin balanslaşdırılması istiqamətində işlər davam etdirilir və məqsəd Ukraynaya dəstəyin davamlı və effektiv şəkildə təmin olunmasıdır.


Sizin reklam burada
Sizin reklam burada