İki dəfə xərçəngi məğlub edən və həbsxanada 21 kiloqram arıqlayan, xəstəliyinin yenidən təkrarlanması təhlükəsi ilə üzləşən Beylikdüzü Bələdiyyə Başçısı Murat Çalıkdan yenidən ilik nümunəsi götürüləcək.
News365.az xəbər verir ki, həbs edilərək vəzifəsindən uzaqlaşdırılan Beylikdüzü Bələdiyyə Başçısı Murat Çalıkdan Ədli Tibb Qurumu istəyi əsasında yenidən ilik nümunəsi götürülməsinə qərar verilib.
Cümhuriyyət Xalq Partiyasından Çağla Biçer bildirib: “Bələdiyyə Başçımız Mehmet Murat Çalıkla bağlı daha əvvəl Katip Çələbi Universiteti Xəstəxanasında aparılan sümük iliyi biopsiyası nəticəsində blast nisbəti 4–5% aralığında qeydə alınmışdı. Lakin Ədli Tibb Qurumunun hesabatında bu nisbət 3–4% kimi göstərildi. Ədli Tibb Qurumunun daha ətraflı qiymətləndirmə aparmaq məqsədilə müraciət etməsi səbəbindən, bildiyiniz kimi, Başçımız Çalık İzmir Şəhər Xəstəxanasına göndərilmişdi. Bu çərçivədə, 25 iyul 2025-ci il, cümə günü İzmir Şəhər Xəstəxanasında yenidən ilik nümunəsi götürüləcək.”
News365.az