Ukraynada işçi qüvvəsi çatışmazlığı ilə bağlı kəskin demoqrafik problem qeydə alınıb. Bu barədə Ali Radanın deputatı Mixailo Çimbalyuk müsahibəsində bildirib.
Millət vəkilinin sözlərinə görə, məşğulluq mərkəzlərində vakant yerlərin sayı müraciət edənlərin sayından dəfələrlə çoxdur. O, həmçinin narahatlığını ifadə edərək bildirib ki, əgər müharibə başa çatdıqdan sonra vətəndaşlar ölkəyə qayıtmasalar, Ukrayna iqtisadiyyatının miqrant işçi qüvvəsi hesabına dəstəklənəcək.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural