Ukrayna Prezidenti Volodimir Zelenski açıqlayıb ki, ölkəsindəki müharibə başa çatdıqdan sonra vəzifəsini tərk etməyə hazırdır.
News365.az xəbər verir ki, bu barədə o, “Axios”a müsahibəsində danışıb.
Jurnalistin “Əgər Putin atəşkəsə razılıq versə, Ukraynada seçkiləri keçirəcəksiniz?” sualına Zelenski “bəli” cavabını verib.
“Mənim əsas məqsədim müharibəni sona çatdırmaqdır. Müharibə bitəndən sonra postumu tərk etməyə hazıram”, – deyə Ukrayna lideri bildirib.
Onun sözlərinə görə, hazırkı vəziyyətin əsas hədəfi ölkədə sülhü təmin etməkdir və şəxsi mövqeyi bundan sonra prioritet olmayacaq.
News365.az