MİQ üzrə test imtahanı mərhələsinin ilk gününün II seansına 4 626 namizəd dəvət olunub və 83% davamiyyət qeydə alınıb. Ümumilikdə 3 iyul tarixinə 9 201 nəfər dəvət edilib və test imtahanlarının I günü üzrə 81% davamiyyət qeydə alınıb.
Bu barədə News365.az-a İnsan Resursları Mərkəzindən məlumat verilib.
Qeyd edilib ki, 3 iyul tarixində təşkil olunan test imtahanları üzrə apellyasiya müraciətlərinin qəbuluna 4 iyul saat 12:00-dan etibarən start veriləcək. Bu barədə ətraflı məlumat ictimaiyyətə təqdim ediləcək.