“Skechers” yeniliyə imza atıb

“Skechers” yeniliyə imza atıb
21:30

Məşhur “Skechers” brendi uşaq ayaqqabılarında valideynlər üçün maraqlı bir yeniliyə imza atıb. 

News365.az xəbər verir ki, şirkət yeni modellərdə Apple AirTag üçün xüsusi gizli bölmə yerləşdirib.

Bu funksiya sayəsində valideynlər uşaqlarının yerini “Find My” tətbiqi vasitəsilə asanlıqla izləyə biləcəklər.

Yeni ayaqqabıların qiymətinin 52-58 dollar arasında dəyişəcəyi, Apple AirTag-in isə ayrıca olaraq 29 dollara satıldığı bildirilir.



Sizin reklam burada
Sizin reklam burada