Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər həbs edilib

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər həbs edilib
18:15

Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmağa görə polis tərəfindən saxlanılan 3 əcnəbi barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb.

News365.az xəbər verir ki, bu gün Səbail Rayon Məhkəməsində keçirilən prosesdə qərar qəbul olunub. Müvafiq qərarla saxlanılanların hər biri barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Sizin reklam burada
Sizin reklam burada